Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

VTB Bank sahibkarlığın inkişafı üçün rahat şərait yaradır, kiçik və orta biznesi müxtəlif seqment və istiqamətləri üzrə yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edərək onlara maliyyə dəstəyi göstərir.
Bank xarici bazarlarda, əsasən də Rusiya və VTB qrupun fəaliyyət göstərdiyi digər ölkələrdə Azərbaycan biznesi üçün effektiv beynəlxalq hesablama sisteminin yaradılması istiqamətində iş aparmaq, Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətləri və dövlət strukturlarını bank xidmətlərinə cəlb etmək, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasına təkan vermək, eləcə də VTB qrupun fəaliyyət göstərdiyi ölkələrdən olan şirkətlərlə birgə müəssisələrin yaradılmasını dəstəkləmək niyyətindədir. Kiçik və orta biznes vasitəsi ilə iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi bankın inkişaf strategiyasında əsas məsələlərdən biridir. 
VTB (Azərbaycan) ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan bütün bank xidmətlərini təklif edir. VTB (Azərbaycan) - müştəri və tərəfdaşları qarşısındakı bütün öhdəliklərini tam olaraq yerinə yetirir.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex