Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

“PREMIUM BANK” ASC-nın əsas hədəf planı (əldə edilən mənfəət və səhmdar sərmayəsi hesabına) nizamnamə kapitalının artırılması, nüfüzlü banklarla rəqabətin gücləndirilməsi, biznesin inkişafı və ən əsası bankın imicinin qorunmasına yönəldiləcəkdir. Bununla yanaşı  Bank, xarici iqtisadi  əlaqələrinin və fəaliyyətinin genişləndirilməsi məqsədilə  xidmət sahələrinin şaxələnməsini  (müxbir əlaqələr, xarici  ölkələrdə nümayəndəliklər və s) planlaşdırır. Burada əsas məqsəd müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərməkdən ibarətdir. Bankın müştəri bazası əsasən iqtisadiyyatın hava nəqliyyatı sektoruna fokuslaşmışdır. Bütün növ bank xidmətlərini əhaliyə yüksək keyfiyyət, şəffaf münasibət  və səviyyəli xidmətlə təklif etmək Bankın əsas prioritetlərindəndir.
Hazırda bankın krediti portfelinə görə ölkənin bank bazarındakı payı təqribən 2%  depozit portfelinə görə isə 1.5%-təşkil edir. Yaxın gələcəkdə bu göstəricələrin 3% və 2% intervalınadək yüksəlməsi nəzərdə tutulur. Həmçinin, risklərin minimum həddə endirilməsində bank , beynəlxalq təcrübəyə əsaslanaraq Compliance sistemləri və riskin idarəolunmasına xüsusi diqqət ayırır.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex