Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

League of Legends (Lol)‎ — Riot Games tərəfindən inkişaf etdirilən və yayımlanan video oyun. 27 oktyabr 2009-ci il tarixində bazara çıxarılmışdır. Oyunun baş dizayneri, “Defense of the Ancients” (Dota) xəritəsini hazırlayan Stiv Feakdir. Oyun “free-to-play” modelinə görə yayımlanır. Statistikaya görə oyunun aylıq auditoriya sayı bütün dünya üzrə 100 milyonu keçib.

Oyun ayrı-ayrı partiyalar (sessiyalar) şəklində keçirilir. Oyuna müəyyən bir rejimdə daxil olmaq üçün, müraciət edib, növbəti partiya üçün oyunçuların seçilməsini gözləmək lazımdır. Seçim müvafiq rejimdə oyunçunun reytinqini nəzərə alaraq həyata keçirilir. Oyun sessiyası adətən rejimdən asılı olaraq 16-65 dəqiqə davam edir. 

“Əfsanələr Liqası” haqqında ilk dəfə 7 oktyabr 2008 elan edildi. Oyun 10 Aprel-22 oktyabr 2009-cu il tarixləri arasında qapalı beta test rejimində auditoriyaya təqdim olunub.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex