Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

“AG Telekom” MMC şirkəti 2005-ci ildə təsis edilib. Elə həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən  kabel yayımı üçün KATV1 brendi altında lisenziya verilmişdir. Hal-hazırda şirkətimiz tərəfindən KATV1 xidmətlərinə qoşulmaq üçün 90 km. optik, 80 km. magistral və 140 km. submagistral xətt çəkilib.
Şəbəkəmizə qoşulan ilk abunəçi ilə ölkəmizdə yeni era başladı. Bu müəllif hüquqlarının qorunub saxlanıldığı leqal kommersiya televiziyası erasıdır. “AG Telekom” MMC şirkəti Azərbaycanın telekommunikasiya bazarında öndə gedən şirkətlərdən biri olaraq, əhaliyə müxtəlif növ xidmətlər təklif edir. Hal-hazırda “AG Telekom” MMC xidmətlərindən Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin sakinləri istifadə edə bilərlər. 
Həmçinin KATV1 öz müştərilərinə fiber-optik şəbəkələr üzərindən İnternet şəbəkəsinə məhdudiyyətsiz 100 Mbit/s sürətli qoşulma xidmətini təqdim edir. Qeyd etmək lazımdır ki, ADSL texnologiyası ilə müqayisədə “optika”nın bir sıra üstünlükləri var. Seçilən paketdən asılı olaraq “optika”nın sürəti ADSL-dən 4-5 dəfə yüksək olar bilər. Qeyd etmək lazımdır ki, “optik İnternet” üçün ayrıca fiber-optik xəttlərdən istifadə olunur, ADSL texnologiyasında isə köhnə telefon xəttləri istifadə olunur ki, bu da internetin sürətinə olduqca təsir edir. “AG Telekom” MMC-nin təklif etdiyi “optika” telefon xəttinin keyfiyyətindən asılı deyil, çünki istifadəçilər keyfiyyətli kabellərdən qurulmuş xüsusi bir infrastruktura qoşulur. Bundan əlavə, əks yükləmə sürəti (upload speed) də bir neçə dəfə yüksəkdir ki, bu da video ünsiyyət, faylların göndərilməsi və s. bu kimi əməliyyatların reallaşdırılması üçün çox vacibdir. 

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex