Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
“Bank Respublika” ASC-nın növbəti 3 il üçün əsas strateji hədəfləri Kiçik və Orta biznes həmçinin, Mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaqdır.
Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “20,7%” paketinə sahibdirlər. 
Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.
Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə Bank Respublika üçün 200 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətləri göstərmək üçün Bankın imkanlarını genişləndirmişdir.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex