Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

"Azərişıq" ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 2006-2015-ci illərdə quruma Balababa Rzayev rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev Azərenerji ASC-nin prezidenti təyin edilib.
"Azərişıq" ASC ölkədə aparılan ağacəkmə kampaniyalarında daima fəal surətdə iştirak edir. Buna misal kimi, bu yaxınlarda "Azərişıq" ASC-nin balansına verilmiş Yeni Yaşma Külək Parkında 500 ha ərazidə 80 min badam və 20 min zeytun ağacı əkilmişdir. Həmçinin, ümummilli lider Heydər Əliyevinin anadan olmasının 95-ci ildönümündə "Azərişıq" ASC Zirədə yerləşən ekopark ərazisində 20 min ağac əkmişdir.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex