Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

1996-cı ildə Azəriqаz Qаpаlı Səhmdаr Cəmiyyəti yаrаdılmış, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə "Аzəriqаz" Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq АRDNŞ-nin tərkibinə vеrilmiş və hal-hazırda SOCAR-ın tərkibində öz fəаliyyətini "Аzəriqаz" İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir.
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Tərkibində Təmir-tikinti İdarəsi, Anbar təsərrüfatı və digər istehsalat funksiyalarını yerinə yetirən İdarələri, Departamentləri və Sahələri birləşdirən Birlikdə alim, mühəndis, qulluqçu və texniki heyətdən təşkil olunmuş əməkdaşlar çalışır. İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2.1 milyondan çox istehlakçını təbii qazla təmin edir. 
Bu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur. SOCAR tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində intensiv iş aparılır.
Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex