Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

“Azeurotel” 20 ildən artıqdır ki, Azərbaycanın rabitə bazarında informasiya texnologiyaları və telekommunikasiya sahəsində özünə məxsus mövqeyə malikdir. Bu illər ərzində qazanılan təcrübə və biliklər müxtəlif sahələrdə çalışan müştərilərimiz üçün ən mürəkkəb layihələri belə uğurla başa catdırmağa imkan yaradıb.
“Azeurotel” 1996-ci ildə yaradılmış və yarandığı vaxtdan etibarən telekommunikasiya dünyasının ən güclü müasir şəbəkə və avadanlıqlarından istifadə edərək müştəri məmnuniyyətini özünün əsas prioriteti elan etmişdir. “Azeurotel” müxtəlif vaxtlarda ən yaxşı keyfiyyətə, ən yaxşı ticarət markasına və ən yaxşı menecmentə görə 5 nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür.
“Azeurotel” Bakı şəhərini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş  yüksək səviyyəli rabitə xidmətlərini təşkil edir.  Şirkət işinin əsas prinsipi sərfəli qiymət və  yüksək səviyyəli xidmətlərin  təminatıdır. Şirkətin bu gün müasir texnologiyalardan istifadə etməsi müxtəlif istiqamələrdə (şəhər telefon rabitəsi, beynəlxalq və şəhərlərarası telefoniya)  fərdi və korporativ Müştərilərə xidmət göstərməyə imkan verir.   

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex