Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

Apex Legends — "Respawn Entertainment" tərəfindən hazırlanan və "Electronic Arts" tərəfindən nəşr olunan free-to-play kral döyüşü video oyunu. "Titanfall" oyun seriyasındakı 1-ci spin-off epizoddur (bütövlükdə 4). Oyun 4 fevral 2019-cu il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün buraxılmışdır. Oyun buraxılmazdan əvvəl haqqında heç bir açıqlama verilməmişdi və marketinq kampaniyası aparılmamışdı. Oyunun konsepsiyası "Electronic Arts" şirkəti 2017-ci ildə "Respawn Entertainment" studiyasını satın aldıqdan sonra yeni bir "Titanfall" video oyununun istehsalı zamanı əmələ gəlmişdir. Kral döyüşü janrının gözlənilməz uğuru müəllifləri eyni janrda bir video oyun istehsal etməyə vadar etmişdir. Oyunun istehsalçıları video oyunu gələcəkdə iOS, Android və Nintendo Switch platformaları üçün portlaşdırmağı planlaşdırırlar.

Oyun tamamilə çoxnəfərli rejimdədir. "Apex Legends" digər kral döyüşü oyunlarından "Əfsanələr" ilə fərqlənir. Əfsanələr hücum, müdafiə, dəstək və kəşfiyyat kateqoriyalarına uyğun olan bacarıqlara malik əvvəlcədən hazırlanmış personajlardır. Oyunçular üç oyunçulu dəstələrə bölünürlər. Bu oyunçuların hər biri sırasıyla öz əfsanələrini seçirlər. Hər raundda cəmi 60 oyunçu, yəni 20 dəstə olur.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex