Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

Ailə TV ticarət nişanı, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət 1997-ci ildə təsis olunub və yarandığı ilk gündən geniş çeşiddə İT və telekommunikasiya xidmətləri göstərir.
Öz fəaliyyətində yüksək texnologiyalardan istifadə edən şirkət, Ailə TV brendi ilə IP TV və kabel televiziyası, Ailə NET brendi ilə internet xidmətləri təqdim edir.
“Caspian Telecom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.
Yarandığı ilk gündən etibarən, innovativliyə can atan, “Caspian Telecom” MMC, yerli TV və İnternet xidmətləri bazarında müxtəlif yeniliklərə imza atmaqdadır.
Azərbaycanda ilk, rəqəmsal kabel televiziyası operatoru, Ailə TV, HD TV yayımı da tətbiq edən ilk milli brendir. Yerli TV kontentin və zəngin mədəni irsimizin dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza əlçatan olması məqsədilə Ailə TV, ən son Over The Top texnologiyası üzərindən IP TV xidmətlərinin də tətbiqinə başlamışdır.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex