Logo
Təsvir
Ödəmə üsulları

Təsvir

“Azər-Türk Bank” ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasiyasının, MasterCard İnternational-ın, Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyinin (SWIFT), AzəriCard Prosessinq Mərkəzi, Hökumət Ödəmə Portalının, Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin tərəfdaşı, Bakı Fond Birjasının səhmdarıdır.
“Azər Türk Bank” ASC etibarlı biznes tərəfdaşıdır, ölkə iqtisadiyyatının real sektoruna maliyyə dəstəyi verir, müasir bank texnologiyalarını tətbiq edərək operativ xidmət göstərir.
“Azər-Türk Bank” ASC-in əsas hədəflərindən biri peşəkar komandası ilə müştərilərin tələbatını yüksək sürət və keyfiyyətlə qarşılayan, onlara daim  ünvanlı  məhsul və  xidmət  təklif edən ən innovativ  bank olmaqdır.

Bundan əlavə, “Azər-Türk Bank” ASC müştəri tələbatına uyğun məhsul və xidmətlərin təklifi ilə müştəri üçün rəqəmsal maliyyə supermarketinə çevrilmək, alternativ satış kanalları vasitəsilə (rəqəmsal bankçılıq) sürətli və fasiləsiz xidmətin tətbiqinə nail olmaq, kiçik və orta sahibkarlıq seqmentlərin ən yaxın biznes tərəfdaşına çevrilmək üçün hər zaman çalışır.

Ödəmə üsulları

  • LogoMasterCard
  • LogoVisa
  • LogoQiwi
  • LogoWebMoney
  • LogoYandex