Logo

Qorxunc likanlar və xanım Dimitreskunun qəsri — Resident Evil Village üçün yeni videolar yayımlandı

Qorxunc likanlar və xanım Dimitreskunun qəsri — Resident Evil Village üçün yeni videolar yayımlandı
24.04.2021
GameInformer resursu tüklü varlıqlar —  likanların protaqonistə hücum etdiklərini göstərən bir video paylaşıb. Onların güllələrdən yayınmaq üçün kifayət qədər reaksiyaları vardır. Bu da o deməkdir ki, likanlar son dərəcə təhlükəlidirlər. Bundan əvvəl onlar auditoriyaya keçən həftə çıxan demoversiyada təqdim olunublar.

İkinci video çox qısa olsa da, bizi Alsina Dimitreskunun qəsri ilə tanış edir. Videoda, möhtəşəm bir tikintinin içərisində yer alan məkanlar göstərilir — dəhlizdən tutmuş, zindanlara qədər. Bundan əlavə, videoda, qəhrəmanı "Sonunda görüşdük" ifadəsi ilə salamlayan vampir xanımın özü göstərilir.