Logo

"Toni Starkı qaytarın" — Marvel pərəstişkarları Dəmir insanı "həyata qaytarmaq" çağırışı ilə bilbord hazırladılar

"Toni Starkı qaytarın" — Marvel pərəstişkarları Dəmir insanı "həyata qaytarmaq" çağırışı ilə bilbord hazırladılar
24.04.2021
Los-Ancelesdə Toni Starkı qaytarmaq çağırışlı bilbord yerləşdirilib. Bilbordun ilk şəklini paylaşan Lights, Camera, Pod adlı Twitter-akkauntu, qeyd edib ki, bu yer franşiza pərəstişkarları tərəfindən satın alınıb.

Bildirilir ki, azarkeşlər bu şəkildə "Qisasçılar: Final" filminin il dönümünü xatırlatmaq istəyiblər. Aprelin 26-da ən böyük rəğbət qazanan kinokomiksin iki ili tamam olacaq.